Tarix: 28-03-2022 | Saat: 15:17
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ötən il işğaldan azad edilmiş ərazilərdə yerinə yetirilən 16 avtomobil yolu layihəsinin icrasına xərclənən vəsait məlum olub.
Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatı”nda yer alıb.
Hesabatda qeyd edilib ki, 1590, 3 milyon manat işğaldan azad edilmiş ərazilərdə yerinə yetirilən 16 avtomobil yolu layihəsinin icrasına və bu ərazilərdə istifadə etmək üçün maşın-mexanizm alınması üçün sərf edilib.
Vətən müharibəsi dövründə avtomobil yollarına və yol qurğularına dəymiş ziyanın aradan qaldırılması məqsədilə ayrılmış vəsait hesabına isə 2021-ci ildə Naftalan şəhərində, Goranboy, Daşkəsən və Tərtər rayonlarında ümumilikdə 44,2 km asfalt-beton örtüklü avtomobil yolu və 2 ədəd körpü bərpa edilib.
Digər xəbərlər