Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azad edilmiş ərazilərdə yolların çəkilişinə xərclənən vəsait açıqlanıb
Ana Sayfa > Karusel / Gündəm > Azad edilmiş ərazilərdə yolların çəkilişinə xərclənən vəsait açıqlanıb

Azad edilmiş ərazilərdə yolların çəkilişinə xərclənən vəsait açıqlanıb


28-03-2022, 15:17. Yazar: Admin

Azad edilmiş ərazilərdə yolların çəkilişinə xərclənən vəsait açıqlanıb

Ötən il işğaldan azad edilmiş ərazilərdə yerinə yetirilən 16 avtomobil yolu layihəsinin icrasına xərclənən vəsait məlum olub.

Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatı”nda yer alıb.

Hesabatda qeyd edilib ki, 1590, 3 milyon manat işğaldan azad edilmiş ərazilərdə yerinə yetirilən 16 avtomobil yolu layihəsinin icrasına və bu ərazilərdə istifadə etmək üçün maşın-mexanizm alınması üçün sərf edilib.

Vətən müharibəsi dövründə avtomobil yollarına və yol qurğularına dəymiş ziyanın aradan qaldırılması məqsədilə ayrılmış vəsait hesabına isə 2021-ci ildə Naftalan şəhərində, Goranboy, Daşkəsən və Tərtər rayonlarında ümumilikdə 44,2 km asfalt-beton örtüklü avtomobil yolu və 2 ədəd körpü bərpa edilib.


Geri dön