Saytımızı qiymətləndirin


 
 

"Qarabağ münaqişəsini həll edəcəyik, bu səhifəni bağlamayacağıq" - Paşinyanın rəqibi
Tarix: 04-06-2021 | Saat: 10:07
Bölmə:Karusel / Siyasət | çapa göndər

title

“Həmişə masada olan Qarabağ məsələsinin həll yollarını bərpa edəcəyik. Bu münaqişənin səhifəsini bağlamayacağıq, Qaragölün 30%-i üçün döyüşməyə hazır olmadığımızı, zirvəsində 6 ay qar olan dağa ehtiyacımız olmadığını söyləməyəcəyik. Bu gün mövcud olmayan normal, sabit bir dövlət quracağıq”.

Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu sözləri “Mənim şərəfim var” blokunun baş nazirliyə namizədi Artur Vanetsyan yerli televiziyaya açıqlamasında deyib.

“Əvvəla, Ermənistanda uzunmüddətli təhlükəsizlik mühiti yaratmaq məsələsini həll etməliyik. Müttəfiq öhdəliklər yerinə yetirilməlidir. Rusların öz öhdəliklərini yerinə yetirib-yetirmədiklərini bilmirəm, amma bugünkü mənzərə odur ki, 15 gündən artıq müddətdir Ermənistan ərazisində Azərbaycan hərbçiləri var”, - Vanetsyan bildirib.



Xəbəri paylaş

1380 dəfə oxunub.

Digər xəbərlər