Saytımızı qiymətləndirin


 
 

Ukraynada dövlət qurumlarının minalanması ilə bağlı 2000-dən çox məlumat daxil olub
Tarix: 30-01-2026 | Saat: 16:43
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukraynada dövlət qurumlarının minalanması ilə bağlı 2000-dən çox məlumat daxil olub

Ukrayna polisi bu gün səhər saatlarında dövlət orqanları, bələdiyyə qurumları, təhsil müəssisələri, şirkətlər, banklar və əyləncə obyektlərində bomba qoyulması ilə bağlı kütləvi bildiriş almağa başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb.

Günortaya olan məlumata görə, polisə Vinnytsiya, Volın, Dnepropetrovsk, Donetsk, Zakarpatsk, Zaporojye, İvano-Frankovsk, Kiyev, Kirovoqrad, Lvov, Nikolayev, Odessa, Poltava, Rovnoy, Sumı, Ternopol, Çerniqov və Kiyev şəhərlərində 2000-dən çox belə məlumat daxil olub.

Bildirilir ki, məlumatların təxminən 30%-i artıq işlənib, onlar təsdiqlənməyib.

Kütləvi yoxlamalar davam edir.

Polisdən qeyd edilib ki, “belə bildirişlər düşmənin mütəmadi növbəti informasiya hücumu olur, amma buna baxmayaraq, hər bir ünvan polis patrulları tərəfindən diqqətlə yoxlanılır”.



Xəbəri paylaş

25 dəfə oxunub.

Digər xəbərlər