Saytımızı qiymətləndirin


 
 

Vətən müharibəsi şəhidlərinin ailələrinə pensiya, müavinət və təqaüd təyin olundu
Tarix: 11-12-2020 | Saat: 16:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərindən artıq 1 000-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin təyinatını aparıb.

 

Nazirlikdən Qarabaginfo.az-a  verilən məlumata görə, onlara Prezidentin aylıq təqaüdü, həmçinin pensiya, müavinətlər təyin olunub.

 

Hazırda digər şəhid ailələri üzvlərinə də sosial ödənişlərin təyin olunması prosesi davam etdirilir.

 

Xatırladaq ki, Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsi üçün işçi qrup fəaliyyət göstərir. Şəhid ailələrinin müvafiq sənədləri təqdim etmələrini gözləmədən, bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanır və həmin ailələrin üzvlərinə sosial təminat növləri üzrə ödənişlər təyin olunur.



Xəbəri paylaş

311 dəfə oxunub.

Digər xəbərlər