Saytımızı qiymətləndirin


 
 

Qarabağda itki verən erməni ailələri digər oğlanlarını əsgər göndərməyəcək
Tarix: 17-02-2022 | Saat: 12:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistan hökuməti 2020-ci ildəki 44 günlük Qarabağ müharibəsində həlak olan hərbçilərin qardaşlarının məcburi hərbi xidmətdən azad olunmasını təklif edib.

Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, müvafiq düzəliş bu gün hökumət  tərəfindən təsdiqlənib.
 

Məsələ burasındadır ki, qüvvədə olan “Hərbi vəzifə və hərbi qulluqçunun statusu haqqında” qanunda hərbi xidmətdən azad edilmənin ilkin şərti kimi potensial hərbçinin ailədə yeganə oğul olması nəzərdə tutulurdu.
 

Hökumət bildirib ki, 44 günlük Qarabağ müharibəsində həlak olan hərbçilərin ailədə tək oğlan övladı olmadığı üçün məcburi hərbi xidmətə cəlb olunan kiçik qardaşları da var.
 

"Onların bir çoxunun valideynləri ağır psixoloji və sosial vəziyyətdədirlər, kiçik oğlunu xidmətə göndərmək istəmirlər. Vətən uğrunda canlarından keçmiş soydaşlarımızın ailə üzvlərinə böyük hörmətlə yanaşaraq, biz də bu ailələrin digər üzvlərinə məcburi hərbi xidmətdən azad olmaq imkanı veririk. Nəticədə həlak olan hərbi qulluqçuların ailələri üzləşdikləri psixoloji və sosial problemlərin öhdəsindən daha rahat gələ biləcəklər”, - deyə əsaslandırmada qeyd olunur.


Qanunvericilik təşəbbüsü hökumət tərəfindən müzakirə olunmadan təsdiqlənib və yaxın vaxtlarda baxılması üçün parlamentə təqdim olunacaq.(Modern.az)



Xəbəri paylaş

243 dəfə oxunub.

Digər xəbərlər