Tarix: 05-11-2026 | Saat: 16:03
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Keniyanın Baş naziri, eyni zamanda, xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə vida görüşü keçirib.
Səfirlikdən Qarabaginfo.az-a bildirilib ki, görüşdə iki ölkə münasibətlərinin cari inkişaf dinamikasından razılıq ifadə olunub.
Baş nazir Musalia Mudavadi Keniya Prezidenti Uilyam Rutonun WUF13-də iştirak etmək üçün Bakıya səfəri zamanı Azərbaycanın Prezidenti İlham Əliyev ilə görüşünün və liderlər arasında səmimi münasibətlərin iki ölkənin mənafeyinə xidmət etdiyini bildirib. Mövcud əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan maksimum bəhrələnməyin vacibliyini qeyd edib. O, Sultan Hacıyevi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi seçilməsi münasibəti ilə təbrik edib.
Səfir Sultan Hacıyev Keniya Hökumətinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində səylərinə və diplomatik fəaliyyətində ona göstərilən dəstəyə görə təşəkkür edib.
Görüşdə Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbul edilməsi qeyd olunub. Eyni zamanda, AQEM-in fəaliyyəti, o cümlədən bu platforma üzrə regionlararası əməkdaşlığ potensialının araşdırılmasında Keniyanın rolu barədə ümumi fikir mübadiləsi aparılıb.
Digər xəbərlər


















