Saytımızı qiymətləndirin


 
 

“Ermənistanda bizə lazım olan iki nəfər və iki ifadə var” - İLGİNC AÇIQLAMA
Tarix: 22-10-2021 | Saat: 11:31
Bölmə:Karusel / Region | çapa göndər

Buna ciddi şəkildə etiraz etməliyik” – Ermənistan Qarabağa 17 milyon dollar ayırdı » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Ermənistanda bizə lazım olan iki nəfər. NikolPaşinyan və Araik Arutyunyan. Bizə lazım olan isə iki ifadə mövcuddur. Qarabağ Ermənistan deyil və ya Böyük Ermənistan yoxdur”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə konkret.az-a açıqlamasında Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəyli fikir bildirib. O əlavə edib ki, gec də olsa, ermənilər hər iki fikiri səsləndirdilər: “Amma mənə ən çox maraqlı gələn sabiq müdafiə naziri Vigen Sarkisyanın fikirləri oldu. Vigen Xaçatryan deyir: “Artsax” olmadan Ermənistanın gələcəyi yoxdur fikrini təbliğ etmək çox təhlükəlidir. Yəni Ermənistanın gələcəyi “Artsax” sayəsindədir, Artsax varsa, Ermənistan olacaq, yoxsa olmayacaq? Siyasi mövqe baxımından bu belə olsa da, səhvdir. Amma bu o demək deyil ki, məsələdən imtina edirik. Amma son məqsəd “Artsax” yox, Ermənistandır”.

Xaçatryanın və onun timsalında digərlərinin belə açıqlamalar verməsi onu göstərir ki, ermənilər “Artsax”sız gələcək qurmaq fikrinə öyrəşməyə çalışırlar. Çünki Ermənistanda anlayırlar ki, “Artsax” deyə bir ad və ərazi yoxdur. Tarixi Azərbaycan torpağı olan Qarabağı isə bir daha heç vaxt işğal edə bilməyəcəklər.



Xəbəri paylaş

1237 dəfə oxunub.

Digər xəbərlər