Saytımızı qiymətləndirin


 
 

Rüşvət aldığı deyilən yol polisi cəzalandırıldı
Tarix: 01-07-2021 | Saat: 16:51
Bölmə:Karusel / Hadisə | çapa göndər

 

Videosu yayılan yol polisi cəzalandırıldı

 

Bir neçə gün öncə sürücü ilə söhbətinə dair videogörüntüləri yayılan və rüşvət aldığı iddia edilən yol polisi əməkdaşı cəzalandırılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Namidan Piriyev Qarabaginfo.az-a  açıqlamasında bildirib ki, həmin hadisə ilə bağlı araşdırma başa çatıb.

N.Piriyev qeyd edib ki, yol polisi əməkdaşının rüşvət alması ilə bağlı iddialar təsdiqlənməyib: “Ancaq həmin əməkdaş xidməti vəzifəsini yerinə yetirən zaman sürücü ilə lüzumsuz danışıqlara və yersiz hərəkətlərə yol verdiyinə görə intizam qaydasında cəzalandırılıb”.

Qeyd edək ki, videoda yol hərəkəti qaydasını pozan sürücünün yol polisi əməkdaşı tərəfindən saxlanıldığı görünür. Daha sonra davam etdirilən söhbət zamanı sürücü qaydanı pozduğunu etiraf etsə də, yol polisi əməkdaşına rüşvət təklif edir. Polis isə məbləğlə razılaşmayaraq “bu nədir verirsən 100 manatlıq qayda pozuntusuna?” deyərək reaksiya verib. Daha sonra isə o, sürücü barəsində protokol tərtib etmədən onu buraxıb. 

 



Xəbəri paylaş

1307 dəfə oxunub.

Digər xəbərlər