Saytımızı qiymətləndirin


 
 

Dərmanların ambulator şəraitdə müalicə alan xəstələrə verilməsi qaydaları hazırlanır
Tarix: 06-11-2026 | Saat: 21:03
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Dərmanların ambulator şəraitdə müalicə alan xəstələrə verilməsi qaydaları hazırlanır

Dərman vasitələrinin ambulator şəraitdə müalicə alan xəstələrə verilməsi üçün qaydalar hazırlanır.

Qarabaginfo.az  xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

“Dərman vasitələrinin gələcəkdə aptek təşkilatlarından təmininin təşkil olunması üçün qaydalar təsdiq olunduqdan sonra növbəti ildən bunu təmin etməyi bacaracaqlar”, - deyə Rasim İsmayılov qeyd edib.



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər
8-12-2024, 13:15 Əsəd haradadır?