Tarix: 07-11-2026 | Saat: 07:53
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ Dövlət Departamenti Yaxın Şərqdə yaşayan və səfərdə olan amerikalıları mümkün hücumlar və təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlı ehtiyatlı olmağa çağırıb.
Qarabaginfo.az xəbər verir ki, qurum amerikalılara husilər və İran tərəfindən mümkün hücum təhlükəsinə görə maksimum dərəcədə ehtiyatlı davranmağı tövsiyə edib.
Xəbərdarlıqda qeyd olunub ki, regionda gərginliyin artması nəticəsində aviareyslər ləğv edilə, hava məkanı bağlana və digər nəqliyyat problemləri yarana bilər.
Amerikalılara hava limanlarının və aviaşirkətlərin məlumatlarını izləmək, həmçinin mümkün fövqəladə vəziyyətlər üçün əvvəlcədən fəaliyyət planı hazırlamaq tövsiyə olunub.
ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, İran və onun dəstəklədiyi qruplaşmalar xaricdəki ABŞ maraqlarını, ABŞ-la əlaqəli obyektləri, şirkətləri və digər qurumları hədəfə ala bilər.
Digər xəbərlər


















