Saytımızı qiymətləndirin


 
 

Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Tarix: 05-10-2026 | Saat: 14:09
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır - VİDEO

Suqovuşan–Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən başlayaraq Ağdərə və Ağdam istiqamətində uzanan 33,8 km-lik yol I, II və III texniki dərəcəyə uyğun inşa olunur.

Qarabaginfo.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Layihə çərçivəsində 4 körpü və 56 suötürücü boru tikilir. Hazırda ərazidə 76 maşın-mexanizm və 75 nəfərlik işçi heyəti çalışır.

Layihənin icrası ilə Ağdamdan Ağdərə və Kəlbəcər istiqamətində vahid yol bağlantısı formalaşacaq. Yeni yol xətti Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat əlaqələrinin gücləndirilməsinə, Böyük Qayıdış çərçivəsində yeni bağlantıların yaradılmasına xidmət edəcək.



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər