Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Gürcüstan-Azərbaycan sərhədindəki çayda sahil-bərpa işləri aparılacaq
Ana Sayfa > Karusel / Region > Gürcüstan-Azərbaycan sərhədindəki çayda sahil-bərpa işləri aparılacaq

Gürcüstan-Azərbaycan sərhədindəki çayda sahil-bərpa işləri aparılacaq


30-01-2026, 14:52. Yazar: Admin

Gürcüstan-Azərbaycan sərhədindəki çayda sahil-bərpa işləri aparılacaq

Gürcüstan-Azərbaycan dövlət sərhədi boyunca axan Alazan (Qanıx) çayının sahillərinin bərpası üzrə işlərin həyata keçirilməsi üzrə dörd tender elan edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Yollar Departamentindən bildirilib.

Siqnaği bələdiyyəsində həyata keçiriləcək bərpa işlərinin ümumi dəyəri 9,2 milyon lari təşkil edir.

Departamentin məlumatına əsasən, Alazan çayının sahillərinin erroziyaya uğraması səbəbindən ərazinin təhlükəsizliyini və çay yatağının sabitliyini təmin edəcək sahil mühafizəsi tədbirlərinin həyata keçirilməsi zərurəti yaranıb.

"Alazan çayının yatağı Gürcüstan və Azərbaycan arasında təbii sərhəd rolunu oynayır və buna görə də planlaşdırılan işlər sərhəd ərazisinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir", - məlumatda qeyd olunub.


Geri dön