Tarix: 08-03-2021 | Saat: 11:23
Bölmə:Karusel / Kriminal | çapa göndər
Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.
Növbəti belə tədbir zamanı RPŞ əməkdaşları tərəfindən erməni hərbçilərin ataraq qaçdığı 2 ədəd “Foqot” qurğusu, 35 ədəd müxtəlif növ qumbara, 171 ədəd müxtəlif növ mərmi, 8050 ədəd müxtəlif çaplı patron, avtomat üçün sandıqlar və digər döyüş sursatları aşkar edilərək götürülüb.
Digər xəbərlər