Saytımızı qiymətləndirin


 
 

ABŞ-a səfər etmək istəyənlər üçün yeni tələb –20 min dollar girov tətbiq olunur
Tarix: 02-08-2026 | Saat: 18:06
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

 

Viza

ABŞ avqustun 3-dən etibarən 50 ölkənin vətəndaşları üçün daimi viza depoziti (girov) sistemi tətbiq edəcək.

Qarabaginfo.az bildirir ki, yeni qaydalar biznes və turist vizalarına (B-1/B-2) şamil olunacaq. Depozitin maksimal məbləği 20 min ABŞ dolları təşkil edəcək.

Məlumata görə, hər bir müraciət üzrə depozitin məbləği ABŞ konsulluğunun əməkdaşı tərəfindən fərdi qaydada müəyyənləşdiriləcək.

Viza sahibi ABŞ-ı müəyyən olunmuş müddətdə tərk edərsə, vizadan istifadə etməzsə və ya ölkəyə girişinə icazə verilməzsə, ödənilmiş depozit geri qaytarılacaq. Lakin şəxs ölkədə qalma qaydalarını pozarsa və ya vizanın şərtlərinə əməl etməzsə, depozit dövlət tərəfindən saxlanılacaq.

Yeni tələblər Gürcüstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Əlcəzair, Anqola, Banqladeş, Kamboca, Mərkəzi Afrika Respublikası, Monqolustan, Nepal, Nikaraqua, Tunis, Uqanda, Venesuela, Zimbabve və Afrika, Cənub-Şərqi Asiya, həmçinin Latın Amerikasının bir sıra digər ölkələrinin vətəndaşlarına şamil ediləcək.

Diqqət çəkən məqamlardan biri odur ki, Rusiya bu siyahıya daxil edilməyib.

ABŞ Dövlət Departamenti bildirib ki, siyahıya vətəndaşlarının viza rejimini daha çox pozduğu, ABŞ-da icazə verilən müddətdən artıq qaldığı və ya vizadan təyinatı üzrə istifadə etmədiyi ölkələr daxil edilib.

Qurumun açıqlamasına görə, yeni tədbirin məqsədi vizalardan sui-istifadə hallarını azaltmaq və ölkədə qanunsuz qalma hallarının qarşısını almaqdır.

Qeyd edək ki, bu sistem əvvəllər pilot layihə kimi tətbiq olunurdu və həmin dövrdə depozit məbləği 5-15 min dollar arasında dəyişirdi. Yeni qaydalara əsasən, minimum 5 min dollarlıq hədd ləğv edilir, maksimal məbləğ isə 20 min dollara qaldırılır.



Xəbəri paylaş

59 dəfə oxunub.

Digər xəbərlər
9-03-2022, 09:55 “Real” PSJ-yə qarşı