Saytımızı qiymətləndirin


 
 

Polad Həşimovun anası Pəncəli Teymurovun evini ziyarət edib - FOTO
Tarix: 29-06-2022 | Saat: 14:28
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova Astara rayonundan olan “Aprel şəhidi”, Xüsusi Təyinatlı Qüvvələrin əfsanəsi Pəncəli Teymurovun ev-muzeyini ziyarət edib.

Qarabaginfo.az-ın məlumatına görə, Səmayə ana Pəncəli Teymurovun anası Vahimə Teymurova ilə görüşüb.

Qeyd edək ki, Pəncəli Teymurov həqiqi hərbi xidmət keçərkən Polad Həşimovun əsgəri olub.
 

Pəncəli Teymurov 1981-ci ilin 24 mart tarixində Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb.1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb.Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib.

P.Teymurov 2015-ci ildə də Prezident İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub. Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 11-i isə Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində son mənzilə yola salınıb.

Aprel döyüşlərindəki misilsiz şücaətinə görə, Prezidentinin sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Pəncəli Teymurovun xatirəsini əbədiləşdirmək üçün şəhidin şəxsi əşyaları qorunan ev muzeyi yaradılıb.



Xəbəri paylaş

258 dəfə oxunub.

Digər xəbərlər