Tarix: 31-07-2026 | Saat: 12:59
Bölmə:Karusel / Təhsil | çapa göndər
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant qalan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir.
BŞTİ-dən Qarabaginfo.az-a bildirilib ki, müsahibələr zamanı müvafiq komissiyalar tərəfindən namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji fəaliyyət, idarəçilik və təşkilatçılıq, ünsiyyət, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial-emosional bacarıqları qiymətləndirilir.
Müsahibənin nəticələri namizədlərin şəxsi kabinetlərinə göndəriləcək.
Qeyd edək ki, 29 iyun–8 iyul 2026-cı il tarixlərində keçirilən ərizə qəbulu mərhələsinin yekunlarına əsasən, 109 namizəd BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak hüququ qazanıb.
Digər xəbərlər




" style="width: 670px; height: 340px;">













