Saytımızı qiymətləndirin


 
 

Yol polisi xəbərdarlıq etdi –  Sürücülər cərimələnəcək
Tarix: 06-01-2020 | Saat: 15:08
Bölmə:Karusel / Sosial | çapa göndər

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) xəbərdarlıq edib.

 

Qarabaginfo "Pravda.az"a istinadən xəbər verir ki, BDYPİ-nin şöbə rəisi Rüfət Quliyev deyib ki, son günlər ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə edilib. Qarın və yağışın yağması nəticəsində küçə və yollarda çirkli su və palçıq yaranıb, bu səbəbdən sürücülərin tərəfindən avtomobillərin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmaması müşahidə olunur.

 

R. Quliyev qeyd edib ki, “Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir.

 

“Hazırda qış mövsümü ilə əlaqədar küçə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalı artdığından sürücülər tərəfindən avtomobillərin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət yetirilməlidir. Lakin bəzi sürücülərin havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək, avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaması, hətta bilərəkdən nişanların üstünü süni şəkildə bir az da çirkləndirməsi yolverilməzdir”, - deyə o bildirib.

 

Şöbə rəisi əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.7 maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

 



Xəbəri paylaş

441 dəfə oxunub.

Digər xəbərlər