Saytımızı qiymətləndirin


 
 

SEPAH Hörmüz boğazının açılması ilə razılaşmayıb
Tarix: 02-08-2026 | Saat: 14:31
Bölmə:Karusel / Dünya | çapa göndər

Picture background

SEPAH Hörmüz boğazının açılması ilə razılaşmayıb.

“Fars” agentliyinin mənbələrə istinadən yaydığı xəbərə görə, Hörmüz boğazının yenidən açılması ilə bağlı heç bir razılaşma əldə olunmayıb və bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Mənbə bildirib ki, ABŞ-ın düşmənçilik xarakterli addımları davam etdiyi müddətdə Hörmüz boğazı bağlı qalacaq və gəmilərin hərəkəti yalnız əvvəlcədən müəyyən edilmiş marşrut üzrə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin icazəsi ilə mümkün olacaq.

Qeyd edək ki, bundan əvvəl İsrailin N12 telekanalı ABŞ Prezidenti Donald Trampın İrana planlaşdırılan hücumu ləğv etməsinin səbəbinin Hörmüz boğazı ilə bağlı razılaşma əldə edilməsi ilə bağlı olması barədə məlumat yaymışdı. Qeyd edilmişdi ki, Donald Trampın İrana planlaşdırılan hücumu ləğv etməsinə səbəb olan əsas amillərdən biri İranın xarici işlər naziri Abbas Əraqçinin gecə saatlarında qətərli vasitəçilər və ABŞ tərəfindən hazırlanan kompromis təklifini qəbul etməsi olub. Təklif Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmanı nəzərdə tutur.

Təklifə əsasən, Hörmüz boğazı vasitəsilə körfəzə daxil olan gəmilər İranın dəniz məkanından, körfəzdən çıxan gəmilər isə Omanın dəniz məkanından hərəkət edəcəklər.

Məlumata görə, Oman da bu təklifə razılıq verib. Bununla yanaşı, Maskat Tehrandan Abbas Əraqçinin razılığının SEPAH-ın da mövqeyini əks etdirib-etdirmədiyinə dair aydınlıq gətirilməsini istəyib.



Xəbəri paylaş

15 dəfə oxunub.

Digər xəbərlər