Saytımızı qiymətləndirin


 
 

Narışkin: Qərb MDB-nin inkişafının qarşısını almaq məqsədi güdür
Tarix: 17-10-2025 | Saat: 10:58
Bölmə:Karusel / Dünya | çapa göndər

Sergey Narışkin

 

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) bəzi Qərb ölkələrinin MDB-də dezinteqrasiya proseslərini təhrik etmək cəhdlərini qeydə alır.

Qarabaginfo.az xəbər verir ki, bunu SVR-in direktoru Sergey Narışkin bildirib.

Onun sözlərinə görə, Qərb MDB-nin inkişafının qarşısını almaq məqsədi güdür.

"Son vaxtlar biz bir sıra Qərb dövlətlərinin, ilk növbədə, Avropa ölkələrinin MDB daxilində dezinteqrasiya proseslərini təhrik etmək cəhdləri tendensiyasını müşahidə edirik. Bu baxımdan əlbəttə ki, Qərb siyasətçiləri Müstəqil Dövlətlər Birliyinin müstəqil güc mərkəzi kimi inkişafını əngəlləmək məqsədi güdürlər", - SVR rəhbəri vurğulayıb.

Narışkin qeyd edib ki, Avropada fəaliyyət göstərən "müharibə partiyası" qitədə sülh və təhlükəsizlik istəmir.

O, Qərbin Rusiyaya strateji məğlubiyyət vermək kimi "ağılsız" xəyalından əl çəkmədiyini söyləyib.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər