Saytımızı qiymətləndirin


 
 

Qarın səbəb olduğu qəzalar - 3 ölü, 21 yaralı
Tarix: 10-01-2023 | Saat: 10:57
Bölmə:Karusel | çapa göndər

Qarın səbəb olduğu qəzalar - 3 ölü, 21 yaralı

 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qar yağması və buzlaşma səbəbindən respublika yollarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

 

İdarədən Qarabaginfo.az-a bildirilib ki, mövcud hava şəraiti ilə əlaqədar olaraq, qar yağması və buzlaşma səbəbindən respublika yollarında ölüm və xəsarətlə nəticələnən ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisələr nəticəsində 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, təəssüflər olsun ki, qeydə alınan qəzalarda üç nəfər də ölüb.

 

“Bir daha bütün sürücülərdən xahiş edirik ki, mövcud hava və yol şəraitini düzgün qiymətləndirsinlər. Nasaz nəqliyyat vasitələri ilə (xüsusən əyləc sistemi və şinlərə nəzarət edilsin) yola çıxmasınlar. Yollarda sürət həddini minimuma endirsinlər və zərurət olmadığı müddətcə şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər”, - deyə məlumatda qeyd olunub.



Xəbəri paylaş

92 dəfə oxunub.

Digər xəbərlər