Qarabaginfo.az Demokrat.az-a istinadən xəbər verir ki, Ay təqviminə əsasən, Ramazan hər il təxminən 11 gün geriyə sürüşür. 2026-cı ildə fevralın 19-da başlayan müqəddəs ay gələn il fevralın 8-nə təsadüf edəcək. Bu qayda ilə hər il yerini dəyişən Ramazan ayı 2030-cu ilin yanvar ayına düşəcək.
Həmin il yanvarın 5-də başlayacaq orucluq ayı ilin sonuna doğru yenidən təkrarlanacaq. Təqvimdəki 11 günlük fərq səbəbindən növbəti Ramazan ayının ilk günü 2030-cu il dekabrın 26-na təsadüf edəcək. Beləliklə, eyni təqvim ili daxilində müsəlmanlar iki dəfə Ramazan ayının sevincini yaşayacaqlar.
Qeyd edək ki, bənzər hadisə sonuncu dəfə 1997-ci ildə baş verib. Hesablamalar göstərir ki, hər 33 ildən bir eyni il daxilində iki dəfə Ramazan ayı qeyd olunur. Bu nadir hal ay və günəş təqvimləri arasındakı vaxt fərqi nəticəsində yaranır. 2030-cu ilin ilk günlərində başlayan Ramazan ayının bayramı fevral ayına, ilin sonunda başlayacaq növbəti Ramazan ayının bayramı isə artıq 2031-ci ilə təsadüf edəcək.







" style="width: 670px; height: 340px;">







