Saytımızı qiymətləndirin


 
 

Davit Babayan Azərbaycana təslim olur
Tarix: 28-09-2023 | Saat: 10:28
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Davit Babayan Azərbaycana təslim olur - Özü yazıb...

 

Qarabağdakı separatçıların keçmiş "xarici işlər naziri" olmuş, son olaraq qondarma "prezident müşaviri" kimi özünü təqdim edən Davit Babayan Azərbaycana təslim olacağını açıqlayıb.

 

Qarabaginfo.az xəbər verir ki, Babayan bu barədə sosial şəbəkə hesabında paylaşım edib.


 
"Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən (Babayan qondarma "Stepanakert" ifadəsini işlədib - red.) Şuşaya getmək qərarına gəldim. Bu qərar təbii ki, ilk növbədə yaxınlarıma böyük ağrı, narahatlıq və stress yaşadacaq, amma əminəm ki, onlar başa düşəcəklər. Görünməməyim, daha pisi, qaçmağım bir çox insanlara ciddi ziyan vuracaq və mən buna yol verə bilmərəm", - o könüllü təslim olmaq qərarını belə əsaslandırıb.

 

Qeyd edək ki, 1973-cü ildə Xankəndidə anadan olan Babayan qondarma qurumun "prezidentliyinə namizəd" də olub.



Xəbəri paylaş

183 dəfə oxunub.

Digər xəbərlər