Saytımızı qiymətləndirin


 
 

Bakıda V-IX siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilir
Tarix: 11-10-2021 | Saat: 15:45
Bölmə:Karusel / Sosial / Təhsil | çapa göndər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən V-IX siniflər üzrə diaqnostik qiymətləndirməyə start verilib.

İdarədən Qarabaqinfo.az-a verilən məlumata görə, diaqnostik qiymətləndirmənin ilk günündə paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələrinin şagirdləri biliyini sınayıb.

Diaqnostik qiymətləndirmənin əsas məqsədi ötən tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.

Diaqnostik qiymətləndirmə riyaziyyat, xarici dil və tədris dili üzrə keçirilir.

Şagirdlərə V siniflər üzrə ümumilikdə 30, VI-VII siniflər üzrə 45, VIII-IX siniflər üzrə isə 60 sual təqdim edilib.

Qeyd edək ki, sualların cavablandırılması üçün V siniflərə 60, VI-VII siniflərə 90, VIII-IX siniflərə isə 120 dəqiqə vaxt verilib.



Xəbəri paylaş

2254 dəfə oxunub.

Digər xəbərlər