Saytımızı qiymətləndirin


 
 

Tramp Danimarkanın Qrenlandiyanı ABŞ-a verdiyini düşünür
Tarix: 25-10-2026 | Saat: 18:46
Bölmə:Karusel / Dünya | çapa göndər

Donald Tramp

 

ABŞ prezidenti Donald Tramp Danimarka hökumətinin Qrenlandiyanı ABŞ-ın nəzarətinə verməyə razılaşdığını düşünür.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə Corciya ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən danışıb.

“Yeri gəlmişkən, Danimarka əla idi. Onlar Qrenlandiyanı bizə verdilər”, – o deyib.

Qeyd edək ki, Tramp sentyabrda Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsenlə razılaşma imzalayıb. Sənəd Arktikadakı adanın təhlükəsizliyinin təmin olunması ilə bağlı öhdəliklərin Vaşinqtona ötürülməsini nəzərdə tutur.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər