Saytımızı qiymətləndirin


 
 

Ukraynanın 1903 tankı məhv edilib - Rusiya MN
Tarix: 03-04-2022 | Saat: 13:08
Bölmə:Karusel / Region | çapa göndər

 

Ukrayna tankçıları, yoxsa rus əsgərləri: Onlar Rusiya qoşunlarının Kiyevə yolunu kəsəcək...

Bu gün Rusiya Müdafiə Nazirliyi Ukraynanın itkilərinə dair yeni məlumatlar açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, nazirliyin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, Ukraynada "xüsusi hərbi əməliyyat" başlayandan bəri Rusiya ordusu Ukrayna hərbçilərinin 383 pilotsuz uçan aparatını məhv edib.

“Ümumilikdə, "xüsusi hərbi əməliyyat" başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 125 təyyarə və 88 helikopter, 383 pilotsuz uçuş aparatı, 221 zenit-raket kompleksi, 1903 tank və digər zirehli döyüş texnikası, 207 reaktiv yaylım atəşi sistemi, 805 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1781 ədəd xüsusi təyinatlı hərbi texnika”, - deyə Konaşenkov vurğulayıb.



Xəbəri paylaş

1368 dəfə oxunub.

Digər xəbərlər