Saytımızı qiymətləndirin


 
 

Litva Avropa İttifaqında saatların dəyişdirilməsinin ləğvi üçün səsvermə təşəbbüsü ilə çıxış edib
Tarix: 25-10-2026 | Saat: 19:13
Bölmə:Karusel / Dünya | çapa göndər

Litva Avropa İttifaqında saatların dəyişdirilməsinin ləğvi üçün səsvermə təşəbbüsü ilə çıxış edib

Litva Avropa İttifaqında (Aİ) yay və qış vaxtına keçidin ləğvi məsələsinin 2027-ci ilin iyununda səsverməyə çıxarılmasını planlaşdırır.

Qarabaginfo.az Litvanın BNS xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və kommunikasiya nazirinin müavini Lukas Paşkeviçius bildirib.

Onun sözlərinə görə, məsələ 2027-ci ilin fevralında Aİ nəqliyyat nazirlərinin qeyri-rəsmi toplantısında müzakirə olunacaq, iyunun sonunda isə səsverməyə çıxarılması nəzərdə tutulur.

Litva 2027-ci ilin birinci yarısında Aİ Şurasına sədrlik edəcək.

Qeyd edək ki, Avropa Komissiyası 2018-ci ildə saatların mövsümi dəyişdirilməsinin ləğvini təklif edib. Avropa Parlamenti 2019-cu ildə təşəbbüsü dəstəkləsə də, üzv dövlətlər arasında razılıq əldə olunmayıb.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər