Saytımızı qiymətləndirin


 
 

U-15 dünya çempionatı: Yığmamız Avstraliya ilə qarşılaşacaq
Tarix: 25-10-2026 | Saat: 19:32
Bölmə:Karusel / İdman | çapa göndər

 

U-15 dünya çempionatı: Yığmamız Avstraliya ilə qarşılaşacaq

Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalında Azərbaycan millisi bu gün ikinci oyununa çıxacaq.

Qarabaginfo.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi komanda Avstraliya yığması ilə üz-üzə gələcək.

Hövsan Yarış Kompleksində keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk oyununda Şərqi Timoru 6:0, ikinci matçında isə Andorranı 1:0 hesabı ilə məğlub edib.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər