Tarix: 25-10-2026 | Saat: 18:51
Bölmə:Karusel / Dünya | çapa göndər
Portuqaliyanın paytaxtı Lissabonda mənzil qiymətlərinin artmasına qarşı keçirilən etiraz aksiyasına polis müdaxilə edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 25-nə keçən gecə polis əməkdaşları şəhərin mərkəzindəki Rossiu meydanında etirazçıların qurduğu çadır düşərgəsini dağıdıblar.
Əməliyyat zamanı polislə nümayişçilər arasında qarşıdurma baş verib, bir neçə nəfər saxlanılıb. Yüngül xəsarət alanların olduğu bildirilsə də, onların dəqiq sayı açıqlanmayıb.
Məlumata görə, polis əməkdaşları etirazçılardan 100-dən çox çadırı ərazidən götürməyi tələb ediblər. Tələbə əməl olunmadıqdan sonra əraziyə polis qüvvələri, o cümlədən xidməti itlərlə təchiz edilmiş bölmələr cəlb olunub.
Etirazçılar mənzil kirayələrinin bahalaşmasına və hökumətin kirayə münasibətlərinə dair qanunvericiliyə təklif etdiyi dəyişikliklərə qarşı çıxırlar.
Qeyd edək ki, Portuqaliyada 2017-ci ildən bəri mənzil qiymətləri iki dəfədən çox artıb. Ölkənin Mərkəzi Bankının hesablamalarına görə, hazırda ölkədə təxminən 300 min mənzil çatışmazlığı mövcuddur.


Digər xəbərlər


















