Saytımızı qiymətləndirin


 
 

İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Tarix: 25-10-2026 | Saat: 19:04
Bölmə:Karusel / Dünya | çapa göndər

İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb

İran ordusu ABŞ-a məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İranın hava hücumundan müdafiə sistemləri ölkənin cənubunda yerləşən Bəndər-Abbas liman şəhəri üzərində ABŞ-a məxsus “LUCAS” tipli pilotsuz uçuş aparatını vurub.

Hadisənin başvermə şəraiti və PUA-nın hansı məqsədlə İranın hava məkanında olduğu barədə əlavə məlumat verilməyib.

ABŞ tərəfi hələlik İran ordusunun açıqlamasına münasibət bildirməyib.



Xəbəri paylaş

43 dəfə oxunub.

Digər xəbərlər