Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Ana Sayfa > Karusel / Dünya > İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb

İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb


Bu gün, 19:04. Yazar: Admin

İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb

İran ordusu ABŞ-a məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İranın hava hücumundan müdafiə sistemləri ölkənin cənubunda yerləşən Bəndər-Abbas liman şəhəri üzərində ABŞ-a məxsus “LUCAS” tipli pilotsuz uçuş aparatını vurub.

Hadisənin başvermə şəraiti və PUA-nın hansı məqsədlə İranın hava məkanında olduğu barədə əlavə məlumat verilməyib.

ABŞ tərəfi hələlik İran ordusunun açıqlamasına münasibət bildirməyib.


Geri dön