Saytımızı qiymətləndirin


 
 

Ceyhun Bayramovun İsveçrə səfəri təxirə düşüb
Tarix: 29-10-2020 | Saat: 10:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu gün İsveçrədə  Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlşdırılmışdı. Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilməli idi.

Toplantıda Ermənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyanın da iştirakı gözlənilirdi.

Qarabaginfo.az-ın xəbərinə görə,  XİN  rəhbəri Ceyhun Bayramovun İsveçrə səfəri təxirə düşüb.

Bununla bağlı detallar açıqlanmır.  Xarici İşlər Nazirliyi də Ceyhun Bayramovun İsveçrə səfəri barədə heç bir rəsmi açıqlama yaymayıb.


Qeyri-rəsmi məlumatlara görə, görüşün baş tutmamasına səbəb ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Rusiya nümayəndəsinin toplantıda iştirak edə bilməməsi barədə xəbərdarlıq etməsidir.

Digər versiyalardan biri kimi isə dünən Ermənistanın Bərdəyə raket atması nəticəsində 20-dən çox mülki insanın öldürülməsi və Azərbaycanın etiraz əlaməti olaraq İsveçrə görüşündən imtina etməsi göstərilir.

Bununla yanaşı, o da qeyd olunur ki, humanitar atəşkəs elan olunduqdan sonra Ermənistanın mülki insanlara qarşı cinayət törətməsi danışıqlar masası arxasına keçməyin gərəksiz olduğunu ortaya qoyub.



Xəbəri paylaş

381 dəfə oxunub.

Digər xəbərlər