2016-cı ilin oktyabrında, Şamaxı rayonu Pirbəhli kəndində şagirdinin hamilə qalmasında adı hallanan müəllim Elnur İbrahimov azadlığa buraxılıb.
Qarabağinfo.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında E.İbrahimovun atası Həsənağa İbrahimov məlumat verib.
O qeyd edib ki, oğlu bir müddət öncə məhkəmənin qərarı ilə sərbəst buraxılıb:
"Hüquq-mühafizə orqanları məsələni dəqiqiliyilə araşdırdıqdan sonra oğlumu sərbəst buraxdılar. Bundan sonra Elnur həmin qızı kəbinə apardı. Təxminən 10 gün keçmişdi oğlum evdə olmayanda qız evə başqa bir adam çağırıb. Oğlum onu evdə tutdu və aparıb polisə təslim etdi. Həmin oğlan dindirildikdən sonra sərbəst buraxılıb”.
H.İbrahimov övladının ailəsinin dağılmasından sarsıntı keçirdiyini deyib:
"Çox pərişan oldum. Bir pozğun ailə mənim övladımın ailəsini dağıtdı. Gəlinim iki uşağı ilə atası evindədir”.
Ata E.İbrahimovun məktəbdəki işinə qayıtmadığını da bildirib:
"Oğlumdan olduğu deyilən uşağı necə etdilər, onu da bilmədik”.
Qeyd edək ki, 2016-cı ildə Şamaxı rayonunun Pirbəhli kəndində yetkinlik yaşına çatmayan məktəbli qızın müəllimi tərəfindən zorla cinsi əlaqəyə məcbur edilməsi və hamilə qalması günlərlə müzakirə olundu. Ailələr bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdülər. Müəllim E.İbrahimovun atası hadisədən sonra oğlunun həmin qıza əl vurmadığını demişdi. Araşdırmalar zamanı bəlli oldu ki, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan qıza bakirəlik haqda rəy verib.
Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açıldı, hadisədə təqsirli bilinən E.İbrahimov 5 il 6 ay azadlıqdan məhrum edilmişdi. 25 yaşlı E.İbrahimov ailəli olub, övladı var.
Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasovanın açıqlamasına görə, 2016-cı ilin iyul ayında qız uşağı dünyaya gətirən gənc ana, uşağın atasının həbsdə olmasını əsas gətirərək ondan imtina edib. Uşaq hazırda 1 saylı körpələr evindədir.
Saytımızı qiymətləndirin
Şagirdini hamilə qoyan müəllim azadlığa buraxıldı
Tarix: 20-09-2017 | Saat: 16:23
Bölmə:Təhsil / Region / Problem | çapa göndər
741 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-09-2017 | Saat: 16:23
Bölmə:Təhsil / Region / Problem | çapa göndər
Digər xəbərlər
1-07-2021, 16:51
Rüşvət aldığı deyilən yol polisi cəzalandırıldı
31-08-2020, 14:09
Prezident: "Heç kim qanundan üstün ola bilməz, heç kimə heç bir güzəşt edilmir və edilməyəcək"
24-01-2023, 12:59
İpotekaya görə sistem çökdü
10-12-2024, 16:19
Vladanka Andreeva: COP29 keçirilən məkanda əlilliyi olan şəxslər üçün hər cür şərait yaradılmışdı
4-12-2021, 15:06
Britaniya səfiri Abşeron Milli Parkında ağac əkib
26-02-2024, 15:23
Əvəz Zeynallıya HÖKM OXUNDU
8-10-2024, 14:03
DSX-nın gəmisi Mahaçqala limanına gedib
12-10-2020, 12:10
Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib
Bu gün, 14:18Əmlakı satışa çıxarılan keçmiş nazir danışdı
Bu gün, 14:00Ədliyyə generalı Tərtərə prokuror göndərildi
Bu gün, 13:56Kallas: Dünya nizamını gücləndirməliyik
Bu gün, 13:32İTV Yayım Şurasına yeni üzvlər seçilib
Bu gün, 12:18İran Aİ səfirlərini XİN-ə çağırıb
Bu gün, 11:24Qasım Məmmədovun yerinə o təyin edildi
Bu gün, 10:43ABŞ və İran rəsmiləri Türkiyədə görüşməyə hazırlaşır
Bu gün, 08:51Avropa yanvarda rekord həcmdə LNG idxal edib
Bu gün, 08:252026-cı ildə uğurlu iş axtarışı üçün 3 əsas qayda
Dünən, 22:22Tramp İranla razılaşmaya ümid etdiyini bildirib

















