Saytımızı qiymətləndirin


 
 

Əmlakı satışa çıxarılan keçmiş nazir danışdı
Tarix: 02-02-2026 | Saat: 14:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

Əmlakı satışa çıxarılan keçmiş nazir danışdı

 

 

27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş əmlakı satışa çıxarılıb.

Qarabaginfo.az Manset.az-a istinadla xəbər verir ki, o bu barədə ətraflı danışmaq istəmədiyini bildirib:

"Mənə aid olan əmlak müsadirə olunub, satışa çıxarılıb, əlavə heç nə deyə bilmərəm. Burada böyüdüləcək nə var? Nə deyə bilərəm ki?" - sabiq nazir qeyd edib.

Xatırladaq ki, ümumilikdə sabiq nazirin 20 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib. Ötən ay onun 2 mənzili 490 min manata satışa çıxarılıb.



Xəbəri paylaş

31 dəfə oxunub.

Digər xəbərlər