Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Əmlakı satışa çıxarılan keçmiş nazir danışdı
Ana Sayfa > Karusel / Gündəm > Əmlakı satışa çıxarılan keçmiş nazir danışdı

Əmlakı satışa çıxarılan keçmiş nazir danışdı


2-02-2026, 14:18. Yazar: Admin

Əmlakı satışa çıxarılan keçmiş nazir danışdı

 

 

27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş əmlakı satışa çıxarılıb.

Qarabaginfo.az Manset.az-a istinadla xəbər verir ki, o bu barədə ətraflı danışmaq istəmədiyini bildirib:

"Mənə aid olan əmlak müsadirə olunub, satışa çıxarılıb, əlavə heç nə deyə bilmərəm. Burada böyüdüləcək nə var? Nə deyə bilərəm ki?" - sabiq nazir qeyd edib.

Xatırladaq ki, ümumilikdə sabiq nazirin 20 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib. Ötən ay onun 2 mənzili 490 min manata satışa çıxarılıb.


Geri dön