Saytımızı qiymətləndirin


 
 

Başgicəllənmə hansı ciddi xəstəliyin əlaməti ola bilər? –Həkim şərhi
Tarix: 04-09-2024 | Saat: 12:03
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Başgicəllənmə hər bir insanın yaşaya biləcəyi bir simptomdur. Buna yuxusuzluq, həddindən artıq iş, təzyiq artımı və xəstəliklər səbəb ola bilər.

Qarabaginfo.az ildirir ki, bu barədə Rusiyanın əməkdar həkimi, Domodedovo xəstəxanasının baş həkimi Andrey Osipov “Podmoskove seqodnya” internet nəşrinə məlumat verib.

Mütəxəssis belə simptomların sistemli və qeyri-sistematik  ola biləcəyinə aydınlıq gətirib. Birinci halda vestibulyar aparatın təsirindən olur.
“Bunun səbəbi beyin qan dövranının pozulması, damar dəyişiklikləri, daxili qulağın zədələnməsi, beyində şiş ola bilər” -deyə mütəxəssis bildirib.

Qeyri-sistemik başgicəllənmə, ürək aritmiyası, anemiya, həmçinin yüksək qan şəkəri və ya müəyyən dərmanların həddindən artıq dozası nəticəsində yaranır: “Məsələn, insulin, antihiperoniya dərmanları, panik ataklar və havasız otaqda olmaq da başgicəllənməyə səbəb ola bilər”. 



Xəbəri paylaş

134 dəfə oxunub.

Digər xəbərlər