Tarix: 02-02-2026 | Saat: 15:57
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Yanvar ayı ərzində Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Nazirliyin Penitensiar xidməti, Bələdiyyələrlə iş baş idarəsi, İcra xidməti, Notariat, qeydiyyat və reyestr baş idarəsi, Cəzaların icrasına nəzarət baş idarəsi və İnsan resursları idarəsinin rəhbərliyi tərəfindən İmişli, Gəncə, Şirvan, Bərdə, Şəki, Lənkəran, Göyçay, Xaçmaz, Şəmkir, Sumqayıt regional ədliyyə idarələri və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.
Ədliyyə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, videoqəbullarda bazirliyin fəaliyyət istiqamətləri üzrə 62 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.
Digər xəbərlər

















