Saytımızı qiymətləndirin


 
 

SVR: Makron administrasiyası Afrikada siyasi revanş planları qurur
Tarix: 02-02-2026 | Saat: 12:23
Bölmə:Karusel / Siyasət | çapa göndər

SVR: Makron administrasiyası Afrikada siyasi revanş planları qurur

Makron administrasiyası Afrikada “siyasi revanş” üçün imkanlar axtarır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Makron kəşfiyyat xidmətlərinə Afrikada “arzuolunmaz liderləri” aradan qaldırmaq üçün plan hazırlamağa icazə verib.

"3 yanvar 2026-cı ildə Burkina Fasoda dövlət çevrilişi cəhdində Fransanın əli olduğu müəyyənləşib. Üsyançılar neokolonializmlə mübarizənin liderlərindən biri olan prezident Traoreni öldürməli idilər.

Parisin hesablamalarına görə, bu, Uaqduquda Fransaya sadiq qüvvələri hakimiyyətə gətirməklə yanaşı, qitədəki bütün suverenlik tərəfdarlarına və panafrikanizm ideologiyasına zərbə vuracaq. Fransa yerli terrorçu qrupların və yaraqlıları PUA-və təlimatçılarla təmin edən Ukrayna hakimiyyətinin köməyi ilə Sahara-Sahel zonasının “arzuolunmaz ölkələri”ndə vəziyyətin sabitliyini pozmağa çalışır. Fransanın əsas zərbəsi Maliyə yönəlib. Paris yanacaq tankerlərinə hücumlar, Mali şəhərlərinin blokadaları və dinc əhaliyə qarşı terror vasitəsilə prezident Qoitanın devrilməsi üçün şərait yaratmağa çalışır. Paris Mərkəzi Afrika Respublikasında təxribat törətmək üçün fürsətlər axtarmağa davam edir.

Fransa, həmçinin BRICS ilə münasibətləri inkişaf etdirmək kursunu müəyyən edən Madaqaskarın yeni prezidenti Randrianirini devirmək yolları üzərində işləyir. Paris ölkədə “sadiq rejimi bərpa etmək” məqsədini qarşısına qoyub", - deyə Rusiya SVR-nin məlumatında vurğulanıb.



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər