Tarix: 01-10-2022 | Saat: 14:30
Bölmə:Karusel | çapa göndər
Ukrayna Silahlı Qüvvələri Liman şəhərindəki rus hərbçilərinin mühasirəsininin tamamlandığını təsdiqləyib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna televiziyasına Ordunun Şərq qoşun qrupunun spikeri Sergey Çerevatıy bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Liman şəhəri yaxınlığındakı 5 yaşayış məntəqəsini nəzarətə götürüb.
“Liman şəhəri ərazisindəki rus hərbi qruplaşması mühasirəyə alınıb. Yampol, Novoselovka, Şandriqolovo, Drobışevo, Stavki yaşayış məntəqələri azad edilib, orada stabilləşdirmə tədbirləri davam etdirilir”, - Çerevatıy bildirib.
Məlumata görə, Limanda yerləşən Rusiya hərbçiləri onların çıxmasına icazə verilməsini xahiş ediblər, lakin rədd cavaı alıblar. Rusiya Federasiyasının 5 mindən çox hərbçisi mühasirəyə düşüb.
Bəzi rus "Telegram" kanalları şəhərdə Rusiyanın 20-ci ordusunun bölmələrinin, BARS xüsusi təyinatlı dəstəsinin və qondarma LXR”ib hərbi qüvvələrinin təcrid vəziyyətində qaldığını xəbər veriblər.
Liman şəhəri Donetsk vilayətinin şimalında yerləşən mühüm dəmir yolu qovşağıdır. Xarkovdakı məğlubiyyətdən sonra Rusiya komandanlığı bu istiqamətdə müdafiə xətti qurub, oranı saxlamağa çalışırdı.
Qərb analitikləri bildiriblər ki, Ukrayna Silahlı Qüvvələrinin Liman şəhərini geri alması onlara Luqansk vilayətinin qərb sərhədi boyunca və Severodonetsk-Lısiçansk bölgəsində Rusiya qoşunlarının mövqelərini vurmağa imkan verəcək.
Digər xəbərlər