Saytımızı qiymətləndirin


 
 

İordaniyada kilsəyə silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb
Tarix: 25-10-2026 | Saat: 18:50
Bölmə:Karusel / Dünya | çapa göndər

İordaniyada kilsəyə silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB

İordaniyanın cənubunda yerləşən Kərak əyalətində kilsəyə silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İordaniyanın səhiyyə naziri İbrahim əl-Bədura məlumat yayıb.

Nazirin sözlərinə görə, yaralılardan daha iki nəfərin həyatını itirməsi ilə ölənlərin sayı 9-a yüksəlib. Daha 25 nəfərin xəstəxanalarda müalicəsi davam edir.

Qeyd edək ki, oktyabrın 23-də silahlı şəxslər Kərak əyalətində yerləşən yunan pravoslav kilsəsində dəfn mərasimi zamanı atəş açıblar.

Hadisə ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub. Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər