Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Litva Avropa İttifaqında saatların dəyişdirilməsinin ləğvi üçün səsvermə təşəbbüsü ilə çıxış edib
Ana Sayfa > Karusel / Dünya > Litva Avropa İttifaqında saatların dəyişdirilməsinin ləğvi üçün səsvermə təşəbbüsü ilə çıxış edib

Litva Avropa İttifaqında saatların dəyişdirilməsinin ləğvi üçün səsvermə təşəbbüsü ilə çıxış edib


Bu gün, 19:13. Yazar: Admin

Litva Avropa İttifaqında saatların dəyişdirilməsinin ləğvi üçün səsvermə təşəbbüsü ilə çıxış edib

Litva Avropa İttifaqında (Aİ) yay və qış vaxtına keçidin ləğvi məsələsinin 2027-ci ilin iyununda səsverməyə çıxarılmasını planlaşdırır.

Qarabaginfo.az Litvanın BNS xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və kommunikasiya nazirinin müavini Lukas Paşkeviçius bildirib.

Onun sözlərinə görə, məsələ 2027-ci ilin fevralında Aİ nəqliyyat nazirlərinin qeyri-rəsmi toplantısında müzakirə olunacaq, iyunun sonunda isə səsverməyə çıxarılması nəzərdə tutulur.

Litva 2027-ci ilin birinci yarısında Aİ Şurasına sədrlik edəcək.

Qeyd edək ki, Avropa Komissiyası 2018-ci ildə saatların mövsümi dəyişdirilməsinin ləğvini təklif edib. Avropa Parlamenti 2019-cu ildə təşəbbüsü dəstəkləsə də, üzv dövlətlər arasında razılıq əldə olunmayıb.


Geri dön