Tarix: 12-11-2021 | Saat: 17:23
Bölmə:Karusel / Region | çapa göndər
“Siyasi, sosial həmrəyliyimiz kimi, iqtisadi və ticarət sahəsində də əməkdaşlığımızı müştərək addımlarla gücləndirməliyik”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Görüşündə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Toplam ticarətin həcmi 21 mlrd. dollara yaxın səviyyəsində müşahidə edilir ki, bu rəqəm dünyanın toplam ticarət həcminin 3%-ni təşkil edir. Dildə, fikirdə, əməldə birlik anlayışı ilə bu rəqəmi 10%-ə yüksəltməliyik. Həm ticarətimizi, həm də qarşılıqlı sərmayə yatırımlarını sürətlə artırmalıyıq. Ölkələrimiz arasında tarifdən kənar bütün əngəlləri aşmalıyıq. Bu məqsədlə ticarəti asanlaşdıracaq strateji sənədin imzalanmasına xüsusilə əhəmiyyət verirəm”.
Ərdoğan onu da deyib ki, quru, hava və dəniz yolları ilə türk dünyası biri-birinə sıx şəkildə bağlanmalıdır ki, istənilən nəticəni almaq mümkün olunsun: “Tranzit keçid sənədlərini artıq gündəmdən çıxarılmalı, gömrük qanunvericiliyi və tətbiqini uyğunlaşdırmalı, keçid qiymətlərini rəqabətə davamlı vəziyyətə gətirməliyik. Bu baxımdan da beynəlxalq birləşmiş yük daşımaları müqaviləsini tezliklə imzalamalıyıq. Xəzər keçidli Şərq-Qərb Orta Dəhlizi başda olmaqla, aramızdakı bütün yolları bu coğrafiyanın əsas arteriyaları halına gətirə bilərik. Bu mənada Azərbaycan-Naxçıvan bağlantısı həyati xüsusiyyət daşıyır. Bölgənin tranzit və logistika mərkəzinə çevrilməsi mövqeyindən şübhəsiz hamımız istifadə edəcəyik”.
Digər xəbərlər