Saytımızı qiymətləndirin


 
 

KXDR gizli şəkildə kamikadze dronlar istehsal edir- Seuldan ETİRAZ
Tarix: 15-11-2024 | Saat: 16:45
Bölmə:Karusel / Dünya | çapa göndər

Cənubi Koreya rəsmiləri KXDR-in avtomatik idarəetmə sistemli hücum dronlarının istehsalı proqramının sürətlə inkişafından narahatdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.

“Pxenyan dronların aşkarlanmasını çətinləşdirmək üçün gizli texnologiyalardan istifadə edir. Buna görə də Cənubi Koreya Silahlı Qüvvələri pilotsuz təyyarələrə qarşı sistemlərin inkişafını gücləndirəcək”, nəşr qeyd edir.

Koreya Mərkəzi Xəbər Agentliyinin verdiyi məlumata görə, noyabrın 14-də Şimali Koreya lideri Kim Çen In hücum PUA-larının sınaqlarına nəzarət edib və onların kütləvi istehsalına mümkün qədər tez başlamağa çağırıb.



Xəbəri paylaş

20 dəfə oxunub.

Digər xəbərlər