Saytımızı qiymətləndirin


 
 

"Neftçi"nin baş məşqçisi İtaliyada işləmək istəyir
Tarix: 28-03-2019 | Saat: 11:42
Bölmə:Karusel / İdman | çapa göndər

“İtaliyada işləmək istərdim. Ancaq indi Azərbaycanda xoşbəxtəm və buradakı inkişafımdan razıyam”.

“Report” xəbər verir ki, bunu “Tutto Cesena” portalına müsahibəsində “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib. Baş məşqçi karyerasına 2016-cı ildə Moldovanın “Şerif” klubunda başlayan 54 yaşlı mütəxəssis uğurlarının Tiraspol təmsilçisi ilə bağlı olduğunu vurğulayıb: “Bir neçə ildir baş məşqçi işləyirəm və bunu ölkə xaricində edirəm. İki dəfə Moldova çempionu olmuşam və ölkə kubokunu qazanmışam. Həmçinin “Şerif”lə Avropa Liqasının qrup mərhələsində çıxış etmişəm. Hazırda Bakının “Neftçi” komandasına rəhbərlik edirəm”.

Qeyd edək ki, R.Bordin ötən ilin yayından “Neftçi”yə rəhbərlik edir. Paytaxt təmsilçisi Premyer Liqada 21 turdan sonra 45 xalla “Qarabağ”la şərikli liderdir. 



Xəbəri paylaş

575 dəfə oxunub.

Digər xəbərlər
17-02-2020, 09:59 MSK bu gün də toplanır