Tarix: 17-09-2026 | Saat: 15:02
Bölmə:Karusel / Region | çapa göndər
İranın cənub-şərq sərhədində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında toqquşma olub.
Qarabaginfo.az xəbər verir ki, İran Kəşfiyyat Nazirliyi terror aktları həyata keçirmək niyyətində olan üç təşkilatlanmış terrorçu hücrənin ölkəyə daxil olarkən, hər hansı təxribat və terror aktı törətmədən əvvəl zərərsizləşdirildiyini bildirib.
Nazirliyin məlumatına görə, Sistan və Bəlucistan vilayətində toqquşma zamanı 3 terrorçu öldürülüb, 9 nəfər isə saxlanılıb.
Bildirilib ki, saxlanılan şəxslər İrandan kənarda hərbi təlim, partlayıcı maddələrin yerləşdirilməsi və terror aktlarının həyata keçirilməsi üzrə hazırlıq keçdikdən sonra ölkəyə gizli şəkildə daxil olmağa çalışıblar.
Saxlanılan terrorçulardan külli miqdarda silah-sursat aşkar edilərək götürülüb.
Digər xəbərlər


















