Saytımızı qiymətləndirin


 
 

Şoyqu Ermənistanı Rusiyanın milyardlarla sərmayə yatırdığı müəssisələri ələ keçirməkdə ittiham edib
Tarix: 17-09-2026 | Saat: 15:52
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu

 

İrəvan Rusiyanın Ermənistanda milyardlarla sərmayə yatırdığı müəssisələri ələ keçirir.

Rusiya mediasının xəbərinə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

Şoyqu Ermənistan hakimiyyətini Rusiya ilə əlaqələri kəsmək cəhdində ittiham edib.

O xatırladıb ki, 1990-cı illərdə Rusiya Ermənistanı iqtisadi və enerji çöküşündən xilas edib, Avrasiya İqtisadi İttifaqına üzv olduğu 10 il ərzində isə Ermənistan iqtisadiyyatı təxminən üç dəfə böyüyüb.

Şoyqunun sözlərinə görə, qeyri-dost addımlar və açıq-aşkar ikili standartlar Ermənistanda fəaliyyət göstərən Rusiya biznesinə münasibətdə özünü göstərir.

Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Rusiyanın milyardlarla sərmayə qoyduğu müəssisə və bütün sənaye sahələrində baş verənlər “düşməncə ələ keçirmək”dən başqa bir şey deyil.

Şoyqu qeyd edib ki, İrəvan açıq-aşkar “gülünc arqumentlər” irəli sürür. Xüsusilə, söhbət ondan gedir ki, Rusiya Ermənistan dəmir yoluna nəzarəti davam etdirəcəyi təqdirdə, guya İrəvan beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiya imkanlarını itirir.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər