Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Ordusunun PUA imkanları Tacikistan nümayəndə heyətinə nümayiş etdirilib
Tarix: 12-11-2026 | Saat: 21:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan Ordusunun PUA imkanları Tacikistan nümayəndə heyətinə nümayiş etdirilib

“Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən "PUA bölmələrin, ordu dronlarının və dron operatorların hazırlığı sahəsində təcrübə mübadiləsi" mövzusunda görüş keçirilib.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, görüşdə qonaqlara Azərbaycan Ordusunun PUA sahəsində mövcud imkanları və perspektivləri barədə təqdimatlar nümayiş etdirilib.

Azərbaycan Ordusunun Vətən müharibəsi və sonrakı dövrlərdə keçirilən əməliyyatlar zamanı bu sahədə əldə etdiyi uğurlar barədə danışılıb.

Tərəflər müvafiq sahənin inkişafı istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.



Xəbəri paylaş

65 dəfə oxunub.

Digər xəbərlər
21-03-2024, 12:42 Sabah yağış yağacaq