Saytımızı qiymətləndirin


 
 

Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Tarix: 12-11-2026 | Saat: 22:35
Bölmə:Karusel / Siyasət | çapa göndər

Mixeil Kavelaşvili

 

“Gürcüstanın Türkiyə, Azərbaycan, Ermənistan və Mərkəzi Asiya ölkələri ilə münasibətləri iqtisadi amillərlə yanaşı həm də qarşılıqlı hörmət, etimad və ortaq dəyərlərə əsaslanır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Anlatyada COP31 konfransı çərçivəsində keçirdiyi görüşlər barədə danışarkən deyib.

O, Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşə toxunaraq Gürcüstanla Özbəkistan arasında münasibətlərin intensiv şəkildə inkişaf etdiyini bildirib.

Mixeil Kavelaşvili Ermənistanın Baş naziri Nikol Paşinyanla müxtəlif mövzularda söhbət apardığını qeyd edib. Onun sözlərinə görə, Gürcüstan və Ermənistanın razılaşdığı bir məqam ondan ibarətdir ki, Cənubi Qafqaz regionu mümkün qədər ən cəlbedici bölgəyə çevrilməlidir.



Xəbəri paylaş

42 dəfə oxunub.

Digər xəbərlər