Saytımızı qiymətləndirin


 
 

“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Tarix: 12-11-2026 | Saat: 22:08
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Nvidia” rəhbəri Yensen Huanq istefa verib

ABŞ-ın texnologiya nəhəngi “Nvidia” şirkətinin rəhbəri Yensen Huanq vəzifəsindən istefa verib.

“Reuters“in xəbərinə görə, onun yerinə müvəqqəti olaraq maliyyə işləri üzrə məsul şəxs Kolett Kress təyin edilib.

“Nvidia”-nın səhmləri istefa açıqlamasından sonra 10% ucuzlaşıb. Bu, cari həftə ərzində şirkətin bazar dəyərinin təxminən 600 milyard dollar azalmasına səbəb olan enişi daha da dərinləşdirib.

63 yaşlı Huanq “Nvidia”-nın səhmlərinin təxminən 3,6%-nə sahibdir və onun birbaşa tabeliyində onlarla rəhbər çalışır.

ABŞ Prezidenti Donald Tramp “Nvidia”-nın rəhbərini “ləyaqətli insan” adlandırıb.

Qeyd edək ki, Huanqın münasibətdə olduğu qadının Çin kəşfiyyatı ilə əlaqəli olması barədə iddialar yayılıb.



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər