Məktəblərdə tədris prosesi başlayandan sonra müəllim və şagirdlərin COVİD-19 testindən keçirilməsi ancaq onlarda şübhəli hallar aşkarlandıqda mümkün olacaq.
Qarabaginfo.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu ilşlər Səhiyyə Nazirliyi ilə birgə həyata keçiriləcək: “Şəxsdə hərarətin qalxması, dadbilmənin itməsi və öskürək olarsa, testdən keçiriləcək”.